"Yuventus" "İnter"in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlanır
Far.Az xəbər saytı

"Yuventus" "İnter"in futbolçusu Hakan Çalhanoğlu ilə maraqlanır


İtaliya A Seriyası təmsilçisi "Yuventus" "İnter"in türkiyəli yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır.

"Far.Az" xəbər verir ki, bu barədə "Calciomercato" nəşri məlumat yayıb.

32 yaşlı futbolçunun "İnter"lə müqaviləsinin müddəti 2027-ci ilin iyununa qədərdir. Tərəflər arasında sözləşmə müddətinin uzadılması ilə bağlı danışıqlar davam etmir. Razılıq əldə olunmasa, Turin klubunun Çalhanoğlunu transfer etmək üçün addım atacağı bildirilir.

2017-ci ildən İtaliyada çıxış edən futbolçu əvvəlcə "Milan"da, 2021-ci ildən isə "İnter"də forma geyinib. O, "İnter"lə 2 dəfə A Seriyasının, 3 dəfə İtaliya Kubokunun və 3 dəfə Superkubokun qalibi olub.

H. Çalhanoğlu cari mövsümdə 4 matçda 2 qol vurub. Hazırda o, zədə səbəbindən meydana çıxa bilmir.

Oxşar xəbərlər

"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Doğulanda həkimin əlindən düşən, övladını itirən, depressiyadan çıxa bilməyən, 35 yaşında vəfat edən Ece İrtemin HEKAYƏSİ
HONOR 600 Seriyasının Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
"HONOR 600 Seriyası"nın Azərbaycanda möhtəşəm təqdimatı keçirildi
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər