İngiltərə millisinin kapitanı Harri Keyn üçün "Cəngavər" titulu təşəbbüsü irəli sürülüb
Far.Az xəbər saytı

İngiltərə millisinin kapitanı Harri Keyn üçün "Cəngavər" titulu təşəbbüsü irəli sürülüb


Böyük Britaniya parlamentinin Liberal Demokratlar Partiyasından olan üzvü Leyla Moran İngiltərə yığmasının kapitanı Harri Keynə "Cəngavər" titulu verilməsi təşəbbüsü ilə çıxış edib.

"Far.Az" partiyanın rəsmi saytına istinadən xəbər verir ki, deputat təkliflə Böyük Britaniyanın yeni baş naziri vəzifəsinə əsas namizəd Endi Bernemə müraciət edib.

Deputat Harri Keynin həm meydanda, həm də onun hüdudlarından kənarda İngiltərəni böyük edən dəyərləri müdafiə edərək ilhamverici liderlik keyfiyyətləri göstərdiyini vurğulayıb.

Qeyd edək ki, 32 yaşlı hücumçu DÇ-2026-da keçirdiyi 4 matçda 5 qol vurub. Onun Konqo DR yığmasının qapısına vurduğu 2 top ingilisləri 1/8 finala yüksəldib. İngiltərə millisi sözügedən mərhələdə Meksika komandası ilə qarşılaşacaq. Keyn daha əvvəl yığmanın heyətində dünya çempionatlarında vurulan qolların sayına görə mütləq rekord müəyyənləşdirib.

Oxşar xəbərlər

Monreal Protokolu ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı yenilənib
"Oracle Advisory Group" parlament seçkilərində "exit poll"un nəticələrini açıqlayıb
SWG SPA təşkilatı Azərbaycan Milli Məclisinə keçirilən seçkilərin "exit-poll" nəticələrini açıqlayıb
Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər