Yasamalda 46 kiloqramdan artıq narkotik vasitə dövriyyədən çıxarılıb
Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyatlar keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, tədbirlərlə paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilindiyi üçün saxlanılan, əvvəllər məhkum olunmuş 42 yaşlı Nicat Ağayevdən 23 kiloqrama yaxın marixuana, tiryək və metamfetamin aşkarlanıb.
Keçirilən digər əməliyyat zamanı saxlanılan, əvvəllər məhkum olunmuş 48 yaşlı Ramil Məmmədovdan isə 23 kiloqram 450 qram marixuana aşkarlanıb.
Əməliyyatlar nəticəsində ümumilikdə 46 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.
Faktlarla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar
130 kiloqramdan 59 kiloqrama düşən müğənni: "Acanda dişimi fırçalayıram"
Azərbaycanın Təbrizdəki konsulu Ramil İmranov Göyçayda dəfn olunub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ağdaşın bir sıra ərazilərində qaz kəsilib
-
Paraqvay Prezidenti impiçment nəticəsində vəzifəsindən uzaqlaşdırılıb
-
NYT: Ağ Evin yeni Aparat rəhbəri Trampı İranla müharibəyə son qoymağa çağırıb
-
Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!"













