Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun "ustad dərsi" keçirilib
UFC döyüşçüsü Fərman Həsənov Naxçıvanda idmançılar üçün "ustad dərsi" keçib.
"Report"un yerli bürosu xəbər verir ki, tədbirdə F. Həsənov peşəkar idman karyerası, beynəlxalq yarışlarda qazandığı təcrübə və UFC-yə gedən yol haqqında iştirakçılarla söhbət edib.
O, gənclərə davamlı məşqin, məqsəd və nizam-intizamın, öz üzərində daim çalışmağın uğurun əsas şərtləri olduğunu bildirib, onları böyük hədəflər uğrunda əzmlə çalışmağa çağırıb.
İdmançının məşqçiləri Heydər Məmmədəliyev və İbrahim Məmmədəliyev də çıxış edərək peşəkar idmançı hazırlığında düzgün məşq prosesinin, sağlam həyat tərzinin və yüksək mənəvi keyfiyyətlərin vacibliyini vurğulayıblar.
Görüş çərçivəsində F. Həsənov müxtəlif döyüş vəziyyətlərində tətbiq olunan texniki fəndləri və düzgün reaksiya üsullarını nümayiş etdirib, iştirakçıların suallarını cavablandırıb və onlara tövsiyələr verib.
Xatırladaq ki, Naxçıvan MR-nin gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov Fərman Həsənova fəxri fərman təqdim edib.
Oxşar xəbərlər
Naxçıvanda UFC döyüşçüsü Fərman Həsənovun ustad dərsi keçirilib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













