Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"
Far.Az xəbər saytı

Azərbaycan millisinin baş məşqçisi: "Cüdoçularımız Gimnaziadada yaxşı təcrübə qazandılar"


Cüdoçularımız yarışda yaxşı təcrübə qazandılar.

Bunu "Far.Az"a açıqlamasında cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rüstəm Alimli Bəhreyn Krallığının paytaxtı Manamada təşkil olunan Gimnaziada İdman Oyunları ilə bağlı danışarkən deyib.

Mütəxəssis turnirin maraqlı keçdiyini bildirib:

"Bu, bizim üçün yeni sınaq idi. İlk dəfə belə yarışa qatıldıq. Güclü rəqabət var idi. Cüdoçularımız yaxşı təcrübə qazandılar. Bu, gələcək və bizim üçün faydalı olacaq. Oğlanlar 11 medal qazandılar. Onlardan 2-si qızıl, 4-ü gümüş, 5-i bürünc əyarlıdır. Komanda hesabında birinci olduq".

Alimli qarşıdakı hədəflərdən də söz açıb:

"2025-ci ildə Azərbaycan çempionatı keçiriləcək. Bundan sonra yığma formalaşacaq. 2025-ci ildə bizi ağır və maraqlı turnirlər gözləyir. Avropa, dünya çempionatı, EYOF və III MDB Oyunlarında çıxış edəcəyik. Bu sınaqlara hazır olmalıyıq. İkinci və üçüncü heyət də formalaşmalıdır ki, hər yarışda uğurlu çıxış edə bilək. Planımız yenə turnirlərdə lider olmaqdır. Son üç ildə bunu bacarmışıq".

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Fərid Qayıbov: Avqust ayı Azərbaycan idman tarixinə yeni qələbələr, tarixi uğurlar və rekordlarla yazıldı
Prezident İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının iclasında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər