Tomas Tuxel: "İngiltərə millisi Meksika ilə matçda əsl xarakter nümayiş etdirdi"
İngiltərə millisi Meksika ilə matçda əsl xarakter nümayiş etdirib.
"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa təmsilçisinin baş məşqçisi Tomas Tuxel Meksikaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis qələbə qazandıqları oyunu şərh edib:
"Qələbəyə görə böyük qürur duyuram. Bu qalibiyyət üçün əlimizdən gələni etməli olduq. Oyun son dərəcə çətin keçdi. Bəzi anlar olurdu ki, təşəbbüsü ələ aldığımızı düşünürdük, amma dərhal çətinliklərlə üzləşirdik. Komandamız əsl xarakter nümayiş etdirdi. İşlər çətinləşəndə belə, futbolçular heç vaxt təslim olmadılar və qələbəyə inamlarını itirmədilər. Bu, irəliyə doğru daha bir addım idi".
Qeyd edək ki, İngiltərə Meksika millisinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
"UFC Fight Night Baku": İlkin döyüşlər başa çatıb, Fərman Həsənov qələbə qazanıb - YENİLƏNİB-6
Azərbaycanın çövkən yığması III MDB Oyunlarında finala yüksəlib
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Azərbaycanın çövkən millisi Bakıdakı dünya çempionatında finala vəsiqə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda nəhəng ağacın budaqları maşının üzərinə düşdü
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
76 illik məşhur avtomobil şirkəti istehsalı dayandıra bilər
-
Son beş ildə ANAMA-ya 60-dan çox minaaxtaran it bağışlanılıb
-
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun NƏTİCƏLƏRİ AÇIQLANDI
-
Edin Ceko milli karyerasını başa vuracağı tarixi açıqlayıb













