"SİMA İmza" "UForex" platformasında: Hesabını onlayn aç!
SİMA yeni nəsil rəqəmsal imza "Unicapital" ASC ilə əməkdaşlığa başlayıb.
"Report" xəbər verir ki, artıq "Unicapital"a məxsus "UForex" (uforex.az) platformasında hesab açılışını "SİMA İmza" ilə onlayn şəkildə həyata keçirmək mümkündür.
Bu həll sayəsində hesab açılması üçün müraciət edən şəxsin həqiqətən imza sahibi olub-olmadığı "SİMA İmza"nın süni intellekt və biometriya texnologiyası vasitəsilə anında dəqiqləşdirilir.
Platforma daxilində saniyələr ərzində baş tutan proses zamanı ilk olaraq müraciət edən şəxsin üz cizgiləri analiz edilir, ardınca sistem hər hansı foto və ya video təsvirdən istifadə cəhdlərinin qarşısını alaraq şəxsin real olduğunu təsdiqləyir. Sonda isə imza prosesi tamamlanaraq investisiya hesabı dərhal aktivləşdirilir.
Qeyd edək ki, inteqrasiyanın başlıca məqsədi istifadəçi təhlükəsizliyini qoruyub, prosesləri sürətləndirərək müştərilərə çevik investisiya təcrübəsi təqdim etməkdir.
"SİMA İmza" haqqında
SİMA yeni nəsil rəqəmsal imza AZCON Holding şirkətlərindən olan "AzInTelecom" tərəfindən yaradılıb. Hazırda "SİMA İmza" tətbiqinin endirilmə sayı 6,5 milyondan çoxdur. Rəqəmsal imzanı xidmət məntəqəsinə getmədən ödənişsiz şəkildə "SİMA İmza" mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.
Oxşar xəbərlər
İlham Əliyev İmişlidə "Promalt" MMC-nin arpa emalı müəssisəsinin açılışını edib
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir" – MÜSAHİBƏ
Şahin Bağırov: "Azərbaycanın gömrük sistemi elə bir səviyyəyə çatıb ki, təcrübəsini digər dövlətlərə təqdim edir"
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
-
Neftçilər Günü: "Qara qızıl"ın Azərbaycan tarixindəki rolu
-
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
-
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
-
Yaponiyada yaşlı əhalinin sayı rekord həddə çatdı
-
Bakıda taekvondo üzrə ölkə çempionatı və "Koreya Səfiri Kuboku" keçiriləcək













