XİN: Ukraynada SOCAR-a məxsus obyektlərə Rusiyanın hücumları onların məqsədyönlü olmasına dəlalət edir
Far.Az xəbər saytı

XİN: Ukraynada SOCAR-a məxsus obyektlərə Rusiyanın hücumları onların məqsədyönlü olmasına dəlalət edir


Dəfələrlə xəbərdarlığa baxmayaraq, belə halların davam etməsinin hücumların məqsədyönlü şəkildə həyata keçirildiyinə dəlalət edir.

"Far.Az"un məlumatına görə, bu barədə Azərbaycan XİN-ə çağırılan Rusiyanın səfiri Mixail Yevdokimova Ukraynanın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə Rusiyanın pilotsuz uçuş aparatları hücumu barədə deyilib.

Görüşdə sözügedən dron hücumunun ilk hal olmadığı, bundan əvvəl də qazpaylayıcı kompressor stansiyası və Odessada neft bazasına hücumlar daxil olmaqla, Ukraynada SOCAR-a məxsus obyektlərin hərbi zərbələrə və hərbi əməliyyatların digər dağıdıcı təsirlərinə məruz qaldığı, nəticədə əhəmiyyətli maddi ziyan dəydiyi, şirkətin əməkdaşları arasında yaralananlar olduğu xatırlanıb.

Oxşar xəbərlər

İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib
SOCAR-ın Nikolayev vilayətindəki yanacaqdoldurma məntəqəsinə dron zərbəsi endirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Nazirlik bu yanacaqdoldurma məntəqəsinin fəaliyyətini dayandırdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər