Azərbaycanda ilk dəfə qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizəyə başlanılıb
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) ilk dəfə olaraq qəhvəyi mərmər bağacığına qarşı bioloji mübarizə üsulunun tətbiqinə başlayıb.
Bu barədə "Far.Az"a Agentlikdən məlumat verilib.
Bildirilib ki, bu məqsədlə Türkiyə Respublikasından gətirilən samuray arıları AXA-nın Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzinə təhvil verilib. Türkiyəli mütəxəssislərin iştirakı ilə laboratoriya şəraitində samuray arılarının çoxaldılması və istehsalı həyata keçirilir. Paralel olaraq, yerli mütəxəssislərin hazırlanması, qabaqcıl beynəlxalq təcrübənin tətbiqi və bioloji mübarizə sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Bu istiqamətdə Gəncə şəhərində Aqrar Xidmətlər Agentliyinin nümayəndə heyəti və türkiyəli mütəxəssislərin iştirakı ilə rəsmi görüş keçirilib. Görüş zamanı Agentliyin sədri Sərdar Hacıyev ölkədə bioloji mübarizə tədbirlərinin genişləndirilməsinin, beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin və müasir yanaşmaların kənd təsərrüfatında istifadəsinin xüsusi əhəmiyyət daşıdığını bildirib. O, qəhvəyi mərmər bağacığı kimi təhlükəli zərərvericilərə qarşı mübarizədə kimyəvi vasitələrin ətraf mühitə təsirinin azaldılması baxımından bioloji mübarizə üsullarının prioritet istiqamət olduğunu vurğulayıb. Görüş çərçivəsində samuray arılarının qəhvəyi mərmər bağacığına qarşı effektivliyi, onların laboratoriya şəraitində yetişdirilməsi texnologiyası, tətbiq mexanizmi və gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə olunub.
Türkiyəli mütəxəssislər Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin Göygöl Regional Mərkəzi Laboratoriyasında samuray arılarının laboratoriya şəraitində yetişdirilməsi üzrə praktiki təlimlər keçirib. Təlimlər zamanı yerli mütəxəssislərə bu faydalı həşəratların çoxaldılması, saxlanılması, keyfiyyətə nəzarət prosesi və sahəyə buraxılması mərhələləri üzrə nəzəri və praktiki biliklər təqdim olunub.
Növbəti mərhələdə samuray arılarının qəhvəyi mərmər bağacığının daha geniş yayıldığı Zaqatala və Balakən rayonlarında təbii mühitə buraxılması nəzərdə tutulur. Bununla zərərvericinin populyasiyasının təbii yolla tənzimlənməsi və bioloji mübarizə tədbirlərinin daha geniş ərazilərdə tətbiqi təmin ediləcək.
Beynəlxalq təcrübədə qəhvəyi mərmər bağacığına qarşı ən effektiv və ekoloji cəhətdən təhlükəsiz üsullardan biri məhz samuray arılarının tətbiqi hesab olunur. Laboratoriya şəraitində yetişdirilən bu faydalı həşəratlar təbiətə buraxıldıqdan sonra zərərvericinin yumurtalarına parazitlik edərək onun inkişafını dayandırır və populyasiyanın təbii yolla azalmasına səbəb olur. Bu yanaşma kənd təsərrüfatı məhsuldarlığının qorunmasına kömək etməklə yanaşı, torpaq və su ehtiyatlarının çirklənməsinin qarşısını alır, ətraf mühitə zərər vermir və faydalı orqanizmlərin mühafizəsinə xidmət edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində olublar
Sərdar Berdiməhəmmədovun Bakıda rəsmi qarşılanma mərasimi olub
İlham Əliyev və Sərdar Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində olublar
1 saylı İxtisaslaşdırılmış Poliklinikanın Laboratoriya şöbəsinin açılışı olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













