Naxçıvanda vergi daxilolmaları 2 %-dən çox artıb
Far.Az xəbər saytı

Naxçıvanda vergi daxilolmaları 2 %-dən çox artıb


Bu ilin yanvar–iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 118,3 milyon manatdan çox vəsait daxil olub.

"Report"un yerli bürosu Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 milyon manat və ya 2,2 % çoxdur.

Qeyri-dövlət sektorundan büdcəyə daxilolmalar 84,4 milyon manat təşkil edib. Bu göstərici 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6 milyon manat və ya 8,4 % artıb.

Hesabat dövründə ödənilən vergilərin 71,4 %-i qeyri-dövlət sektorunun, 28,6 %-i isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, ilin ilk yarısında muxtar respublikada işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,4 % artaraq 2,4 milyon manata yaxın olub.

Oxşar xəbərlər

Bakıda 4 otaqlı ev 118 800 manatdan - Ucuz mənzillərin satışı başladı
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Su basmış ərazilərdən 118 nəfər təxliyə edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər