Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib
Far.Az xəbər saytı

Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib


Azərbaycanla ABŞ arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

BAKU.WS İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, Avropa və Regional Təhlükəsizlik Əməkdaşlığı üzrə Alt Komitəsinin sədri, senator Stiv Deynsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Görüşdə Azərbaycan ilə ABŞ arasında strateji tərəfdaşlığın hər iki ölkənin prezidentlərinin siyasi iradəsi və qarşılıqlı etimadı əsasında uğurla inkişaf etdiyi qeyd olunub.

Tərəflər arasında ticarət və investisiyaların təşviqi, enerji, süni intellekt, rəqəmsal iqtisadiyyat, kritik mineralların hasilatı və emalı, sənaye, nəqliyyat və turizm sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib. Həmçinin Orta Dəhlizin və TRIPP marşrutu təşəbbüsünün beynəlxalq ticarətin inkişafı, iqtisadi inteqrasiya və regional bağlantıların gücləndirilməsində rolu vurğulanıb.

Görüşdə Azərbaycan ilə ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində İqtisadi Dialoq mexanizminin əməkdaşlığın əsas institusional platformalarından biri olduğu bildirilib. Birgə layihələrin həyata keçirilməsinə dair yol xəritəsi ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Azərbaycan və ABŞ iqtisadi əməkdaşlığın genişləndirilməsini müzakirə edib

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Qış turizm mövsümü öncəsi daxili turizm imkanları nümayiş etdirilib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər