15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd edən Arazın məhkəməsi keçirilib
Bakıda 15 yaşlı bacısının 30 yaşlı nişanlısını öldürməyə cəhd etməkədə təqsirləndirilən Araz Səmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Far.Az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
O, təqsirləndirilən Araz Səmədovun 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müşavirədən sonra hökm oxunub. Hökmə əsasən, Araz Səmədov 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə ötən ilin sentyabrında paytaxtın Əmircan qəsəbəsində baş verib.
Babək Uğurlunun çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilməsi ilə bağlı Suraxanı rayon Polis İdarəsinə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əmliyyatla hadisəni törətməkdə şübhəli bilinən Araz Səmədov saxlanılaraq istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) və 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələrilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ermənistan vətəndaşlarının məhkəməsində prokurorların təklifləri səsləndirilib
Bu gün paytaxtın 555 küçəsi yuyuldu
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













