BOK müvəqqəti olaraq Rusiya Olimpiya Komitəsinin statusunu bərpa edib
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Komitəsi 2023-cü il oktyabrın 12-dən qüvvədə olan Rusiya Olimpiya Komitəsinin statusunun dayandırılması qərarını müvəqqəti ləğv edib.
"Far.Az" xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.
Qərar komitənin hüquq komissiyasının apardığı təhlildən sonra qəbul edilib. Təşkilatdan qeyd edilib ki, Rusiya Olimpiya Komitəsi artıq Ukrayna Milli Olimpiya Komitəsinin yurisdiksiyası altında olan ərazilərdəki regional idman təşkilatlarını öz tərkibinə daxil etmir. Bundan əlavə, Rusiya tərəfi həmin ərazilərdə fəaliyyət göstərmədiyini və göstərməyəcəyini təsdiqləyib.
Bununla əlaqədar olaraq, BOK-dan bildirilib ki, antidopinq tələbləri istisna olmaqla, Rusiya idmançıları və komandaları üçün əvvəllər müəyyən edilmiş məhdudiyyətlər ləğv edilir. Onlar Beynəlxalq Test Agentliyinə həvalə edilmiş milli antidopinq proqramına daxil edilməli, həmçinin yarışlara buraxılmazdan əvvəl lazımi sayda yoxlamalardan keçməlidirlər.
BOK həmçinin vurğulayıb ki, öz tədbirlərini Rusiyada keçirməyəcək və Rusiya hökumətinin və ya dövlət qurumlarının nümayəndələrini tədbirlərinə dəvət etməyəcək. Olimpiya Oyunlarında Rusiya bayrağının, himninin, rənglərinin və digər milli simvollarının istifadəsi ilə bağlı qərar daha sonra qəbul ediləcək.
Təşkilatdan bildirilib ki, Ukrayna ətrafındakı vəziyyətlə bağlı onların mövqeyi dəyişməz qalır və BOK Ukrayna olimpiya icmasını dəstəkləməyə davam edəcək.
Oxşar xəbərlər
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Daşkəsəndə şəhidlərin xatirəsi anılıb, ehsan süfrəsi təşkil olunub
-
Vətən müharibəsinin ildönümü ilə əlaqədar Hərbi Memorial Məzarlığa ziyarət başlayıb
-
Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Zəfər parkını ziyarət edib
-
Hörmüz boğazında kommersiya gəmiçiliyinin intensivliyi 75% azalıb
-
Ombudsman Anım Günü ilə əlaqədar bəyanat yayıb
-
Bakıya gəlmək istəyən erməni tankları













