Misir millisinin baş məşqçisi: "Messinin dünya çempionatında yoluna davam etməsini istəyirdilər"
Son dünya çempionu Lionel Messinin dünya çempionatında yoluna davam etməsini istəyənlər olub.
"Report" xarici mediaya xəbər verir ki, bunu Misir yığmasının baş məşqçisi Husam Hasan Argentinaya qarşı DÇ-2026-nın 1/8 final mərhələsinin oyunundan sonra deyib.
Mütəxəssis hakim idarəçiliyini sərt tənqid edib:
"Bu oyunda nə hörmət, nə də ədalətli mübarizə gördük. Bir vəziyyətdə xeyrimizə penalti verilməli idi. Lakin həmin epizod VAR tərəfindən də yoxlanılmadı. İkinci qolumuz isə səbəbi anlaşılmayan şəkildə qeydə alınmadı. Görünür, Argentina tərəfinin hakimə göstərdiyi təzyiq bu nəticənin ortaya çıxmasına səbəb oldu.
Biz daha yaxşı komanda idik, amma futbol hər zaman ədalətli olmur. Bəlkə də, son dünya çempionu Messinin dünya çempionatında yoluna davam etməsini istəyirdilər".
Qeyd edək ki, Argentina Misir seçməsinə 3:2 hesabı ilə qalib gələrək 1/4 finala adlayıb.
Oxşar xəbərlər
İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
Azərbaycanın daha bir boksçusu dünya çempionatında mərhələ adlayıb
DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb - YENİLƏNİB-6
Hasan Can Kaya evləndi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
"Zirə" UEFA reytinqində Azərbaycanın əmsalını daha da artırıb
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













