XİN: ABŞ-nin İrana qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğvi memorandumun pozulmasıdır
Far.Az xəbər saytı

XİN: ABŞ-nin İrana qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğvi memorandumun pozulmasıdır


ABŞ-nin İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv etməsi İslamabad Memorandumunun 10-cu bəndinin açıq şəkildə pozulmasıdır.

"Far.Az" xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında vurğulanıb.

"İslamabad Memorandumunun imzalanmasından 20 gündən az vaxt keçməsinə baxmayaraq, 21 iyun tarixində verilmiş ümumi icazənin ləğv edilməsi ABŞ hakimiyyətinin pis niyyətinin, qeyri-sabitliyinin və etibarsızlığının başqa bir göstəricisidir", - bəyanatda qeyd edilib.

Bildirilib ki, İran İslam Respublikası öz milli maraqlarını və milli təhlükəsizliyini qorumaq üçün zəruri hesab etdiyi hər bir addımı atacaq.

Daha əvvəl ABŞ Maliyyə Nazirliyi avqustun 21-dək İranın neft sektoruna qarşı sanksiyaları yumşaldan lisenziyanı ləğv edib.

Bundan başqa, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazında üç gəmiyə hücumuna cavab olaraq İslam Respublikasına güclü zərbələr endirməyə başladığını açıqlayıb.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair mövqeyi dünya mediasının diqqət mərkəzindədir
Azov dənizində gəmiyə dron hücumunda həlak olan Fuad Orucov Xaçmazda dəfn edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər