Mənzil, yoxsa qeyri-yaşayış sahəsi? Hansına investisiya etmək daha sərfəlidir?
Azərbaycan Qiymətləndiricilər Palatasının yaydığı məlumata görə, iyun ayı üzrə daşınmaz əmlak indeksi 106.7 bənd təşkil edib.
Bu göstərici may ayı ilə müqayisədə 0.7%, bazar dövrü kimi qəbul edilən 2025-ci ilin dekabr ayına nisbətən isə 6.7 % yüksəkdir. İndeksdəki dəyişiklik daşınmaz əmlak bazarında qiymət artımının davam etdiyini göstərir. Bu baxımdan bazarın demək olar ki, bütün seqmentlərində bahalaşma müşahidə olunur.
Qiymət artımının davam etməsi, eləcə də investisiya alətlərinin məhdudluğu daşınmaz əmlaka yatırım məsələsini daha da aktuallaşdırır.
Bəs daşınmaz əmlakın hansı seqmentinə yatırım etmək daha sərfəlidir?
BAKU.WS xəbər verir ki, bu suala Baku TV-nin videomaterialında cavab tapılıb.
Daşınmaz əmlak üzrə ekspert Ramil Osmanlı bildirib ki, son illərin müşahidələri şəhər mərkəzində və mərkəzə yaxın ərazilərdə yerləşən bir və ikiotaqlı mənzillərə marağın artdığını göstərir:
"Bu tip mənzillərə maraq göstərənlərin sayı daha çoxdur. Vətəndaşlar həmin mənzilləri əsasən investisiya məqsədilə alır, təmir edir və kirayəyə verirlər. Baxmayaraq ki, onların gəlirlilik dərəcəsi qeyri-yaşayış obyektləri ilə müqayisədə daha aşağıdır, bu mənzillər daha asan kirayəyə verildiyi və boş qalma ehtimalı az olduğu üçün likvid əmlak hesab olunur. Buna görə də onlara maraq ildən-ilə artır".
Bununla belə, ekspert hesab edir ki, gəlirlilik baxımından qeyri-yaşayış sahələri digər daşınmaz əmlak növləri ilə müqayisədə investisiya üçün daha səmərəli hesab oluna bilər.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək













