"Çayın qarşısı kəsilsin, qardaşımın meyitini tapım" - Həkəridə batan şəxsin yaxınlarının harayı
Zəngilan rayonunda Həkəri çayında baş verən bədbəxt hadisə ilə bağlı təfərrüat məlum olub. İyulun 4-də 1962-ci il təvəllüdlü Nüşrəvan Həsənovun Həkəri çayının Ağalı kəndindən keçən hissəsində batdığı bildirilir.
BAKU.WS xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında deyilir.
Hadisənin şahidi olan qardaşı Vaqif Həsənovun sözlərinə görə, həmin vaxt çayda suyun səviyyəsi aşağı olsa da, qəflətən gələn sel onu aparıb.
Axtarışların artıq dörd gündür davam etdiyini bildirən digər qardaşı İmaməli Həsənov işlərin lazımi səviyyədə aparılmadığını iddia edərək narazılığını bildirib:
"Mənim qardaşım dörd gündür yoxdur. Heç kəs də baxmır. Dörd gün orada adam qalar?"
O, fövqəladə hallar qurumlarından suyun qarşısının kəsilərək səviyyəsinin azaldılmasını, bu yolla qardaşının meyitinin tapılmasını xahiş edib.
İtkin düşən şəxsin həyat yoldaşı Qiyafət Həsənova isə aidiyyəti qurumlara müraciət edərək, yoldaşının meyitinin tapılaraq onlara təhvil verilməsini istəyir.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisi 95 % icra olunub
İlham Əliyev Zəngilanın Ağalı kəndinin 2-ci mərhələsinin və Məmmədbəyli kəndinin açılışlarında iştirak edib
Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək













