"Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib" - Zaqatalada güclü sel FƏSADLAR TÖRƏDİB
Son günlər şimal-qərb bölgəsində müşahidə olunan qeyri-sabit hava şəraiti Zaqatala rayonunda ciddi fəsadlara səbəb olub.
Baku TV-nin məlumatına görə, əsasən, Yuxarı Tala kəndi ərazisində çətinliklər yaranıb.
Talaçayda baş verən sel nəticəsində Meşleş kəndinə gedən avtomobil yolunun təxminən 800 metrlik hissəsi tamamilə yuyulub. Hazırda 36 təsərrüfatın yerləşdiyi kənddə avtomobillərin hərəkəti məhdudlaşıb. "Kəndə gedən yol dağılıb, gediş-gəliş kəsilib", - deyə sakinlərdən biri bildirib.
"Sel kənddə böyük problemlər yaradıb. Kəndin yuxarı tərəfində Meşleş kəndi yerləşir. Orada yaşayan insanlar ərzaq, su və avtomobil yolu ilə bağlı ciddi çətinliklərlə üzləşiblər. Yollar tamamilə bərbad vəziyyətdədir", - digər sakin deyib. Qeyd edək ki, sel rayonun digər yaşayış məntəqələrinə də ziyan vurub. Təsərrüfatlar və əkin sahələri su altında qalıb. Yolların bərpası və kəndlərlə nəqliyyat əlaqəsinin yenidən təmin olunması istiqamətində aidiyyəti qurumlar tərəfindən işlərin aparıldığı bildirilir.
Oxşar xəbərlər
Zaqatala sakinləri sel səbəbindən içməli susuz qalıb
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Nazirlik sel təhlükəsi zamanı qorunmağın yollarını göstərdi
Şimal-qərb bölgəsində leysan yağışları olub, dolu düşüb
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bəzi avtomobillərin güzəştli idxal qaydaları müəyyənləşdi
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı













