Titan və Plutonda elmə məlum olmayan kimyəvi siqnal aşkar edilib
Far.Az xəbər saytı

Titan və Plutonda elmə məlum olmayan kimyəvi siqnal aşkar edilib


Ceyms Uebb kosmik teleskopu Titan (peyk) və Plutonda (planet) alimlərə məlum heç bir molekula uyğun gəlməyən sirli kimyəvi siqnalı qeydə alıb.

"Far.Az" xəbər verir ki, bu barədə tədqiqatın nəticələrinin "Astronomy & Astrophysics" jurnalında dərc edilib.

Qeyd olunur ki, naməlum siqnal teleskopun iki fərqli elmi cihazı tərəfindən müstəqil şəkildə qeydə alınıb. Bu da aparat səhvi ehtimalını faktiki olaraq istisna edir.

Temperatur, təzyiq və geologiyadakı fərqlərə baxmayaraq, Titan və Pluton azot, karbohidrogenlərlə zəngindir. Tədqiqatçıların fikrincə, eyni siqnalın yaranmasını məhz bu kimyəvi oxşarlıq izah edə bilər.

Alimlər aşkar edilmiş izi molekulyar spektrlərin məlumat bazaları ilə müqayisə ediblər. Ən yaxın olanlar benzol, propadien, keten və asetilendir, lakin bu maddələrin heç biri qeydə alınmış siqnalla tam olaraq üst-üstə düşməyib.

Tədqiqat müəllifləri ehtimal edirlər ki, söhbət müəyyən şəraitdə qeyri-adi xüsusiyyətlər göstərən məlum bir molekuldan gedə bilər. Eyni zamanda, Plutonda siqnal Titandakından əhəmiyyətli dərəcədə daha güclü olub.

Naməlum birləşmənin təbiətini açmağa 2030-cu illərdə Titana buraxılması planlaşdırılan NASA-nın "Dragonfly" missiyası kömək etməlidir. Aparat bilavasitə Saturnun peykinin səthində maddələrin kimyəvi tərkibini analiz etmək üçün kütlə-spektrometri ilə təchiz olunacaq.

Qeyd edək ki, Titan Saturn planetinin ən böyük peykidir.

Oxşar xəbərlər

Prezidentin izi ilə - ZƏNGİLANDAN FOTOREPORTAJ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Naxçıvanda "Zəngəzur yolu: tarixin izi ilə" mövzusunda konfrans keçirilir
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər