Azərbaycan Avstriya və Almaniyadan mal-qara idxalını kəskin artırıb
Bu ilin yanvar-aprel aylarında Azərbaycan 5,52 milyon ABŞ dolları dəyərində 1 min 238 ədəd iribuynuzlu ev heyvanı (düyə, inək və digərləri) idxal edib.
"Far.Az"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 27 %, kəmiyyət olaraq – 14 % çoxdur.
Hesabat dövründə Azərbaycan Estoniyadan 1,66 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 24 % çox) 363 ədəd (+10 %), Avstriyadan 1,51 milyon ABŞ dolları dəyərində (+11 dəfə) 342 ədəd (+10 dəfə), Almaniyadan 1,1 milyon ABŞ dolları dəyərində (+8 dəfə) 236 ədəd (+6 dəfə), Slovakiyadan 519 min ABŞ dolları dəyərində 132 ədəd (1 il əvvəl tədarük olmayıb), Macarıstandan 510 min ABŞ dolları dəyərində (-32 %) 132 ədəd (-41 %) mal-qara alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 8 min 983 ədəd mal-qaranın 40 %-i Uruqvayın, 20,5 %-i Çexiyanın payına düşüb.
Oxşar xəbərlər
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Almaniyadan Azərbaycana 18 zubr yola salınıb
Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Azərbaycan Danimarkadan mal-qara idxalını 8 dəfədən çox artırıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Bitcoin" və "Ethereum" kəskin ucuzlaşıb
-
Lənkəranda ağlasığmaz hadisə: Hotelin icarədarı öz işçilərini qarət etdi
-
Bakıda yataqxanadan tələbə qızın meyiti tapıldı
-
Azərbaycanda gələcəyin pilotları necə hazırlanırlar? - Qəbələdən maraqlı görüntülər
-
Fransa DİN: Bütün ölkə boyu etiraz aksiyalarında 106 min nəfər iştirak edib - Yenilənib
-
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub













