Qill: Avropa Komissiyası ABŞ ilə ticarətdə bütün Aİ ölkələrinin maraqlarını qoruyacaq
Far.Az xəbər saytı

Qill: Avropa Komissiyası ABŞ ilə ticarətdə bütün Aİ ölkələrinin maraqlarını qoruyacaq


Brüssel Avropa İttifaqı (Aİ) və ABŞ arasında ticarət münasibətlərini dərin inteqrasiyaya əsaslanan və qarşılıqlı faydalı əməkdaşlıq kimi qiymətləndirir, Vaşinqtonun isə daha əvvəl üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə ümid edir.

"Report"un Avropa bürosu xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəsmi nümayəndəsi Olof Qill Brüsseldəki brifinqdə ABŞ Prezidenti Donald Trampın Ankarada İspaniya ilə ticarəti dayandırmaq niyyəti barədə bəyanatını şərh edərkən bildirib.

"Komissiya bu məsələ ilə bağlı öz mövqeyini çox aydın ifadə edib və bizim yanaşmamız dəyişməyəcək. Avropa İttifaqı ilə ABŞ arasında ticarət dərin inteqrasiyaya əsaslanır və qarşılıqlı fayda verir. Ona görə də bu əlaqələri qoruyub saxlamaq bizim ümumi maraqlarımızdan biridir. Bu, xüsusilə qlobal qeyri-sabitlik dövründə çox vacibdir", - Qill deyib.

O xatırladıb ki, ötən il Aİ və ABŞ birgə bəyanat imzalayıblar və Brüssel "ABŞ-nin bu birgə bəyanat çərçivəsində götürülmüş öhdəlikləri Aİ-nin yerinə yetirdiyi kimi yerinə yetirəcəyini gözləyir".

Qillin sözlərinə görə, Avropa Komissiyası həmişə Aİ-yə üzv dövlətlərin maraqlarını qoruyacaq və "sabit, proqnozlaşdırıla bilən və qarşılıqlı faydalı transatlantik ticarət"in tərəfdarı olmaqda davam edəcək.

İspaniya ilə ticarət əlaqələrinin hipotetik olaraq dayandırılmasının mümkün nəticələri barədə suala cavabında Avropa Komissiyasının nümayəndəsi detalları müzakirə etməkdən imtina edib. "Əgər bunu ətraflı izah etməyi zəruri hesab edəcəyim an gələrsə, bunu edəcəyəm", - o bildirib.

Daha əvvəl Tramp maliyyə naziri Skott Bessentə İspaniya ilə bütün ticarəti dayandırmağı tapşırıb.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Bişkekdə TDT ölkələri hökumət başçılarının iclası olub, Birgə Bəyanat qəbul edilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
"Report" İA və Baku TV Çinin nüfuzlu CCTV+ agentliyi ilə əməkdaşlıq memorandumu imzalayıblar
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər