Neymar dünya çempionatlarında oyun sayına görə Peleni geridə qoyub
Far.Az xəbər saytı

Neymar dünya çempionatlarında oyun sayına görə Peleni geridə qoyub


Braziliya millisinin hücumçusu Neymar dünya çempionatlarında keçirdiyi oyunların sayına görə əfsanəvi futbolçu Peleni geridə qoyub.

"Report" xəbər verir ki, 34 yaşlı futbolçu Norveç millisinə qarşı keçirilən DÇ-2026-nın 1/8 final oyununda 67-ci dəqiqədə meydana daxil olmaqla mundiallardakı oyun sayını 15-ə çatdırıb.

Bununla da o, dünya çempionatlarında 14 oyuna çıxmış üçqat dünya çempionu Peleni qabaqlayıb.

Bu göstərici üzrə Braziliya millisinin rekordu isə 20 oyunla Kafuya məxsusdur.

Neymar Braziliya millisinin tarixinin ən məhsuldar bombardiridir. O, yığmanın heyətində 2016-cı il Yay Olimpiya Oyunlarının qalibi olub, 2012-ci il Olimpiadasının və 2021-ci il Amerika Kubokunun gümüş medalını qazanıb. Hücumçu həmçinin 2013-cü ildə Konfederasiyalar Kubokunun qalibi olub. Onun milli komandanın heyətində vurduğu qolların sayı 79-a çatıb.

Qeyd edək ki, Brazilya millisi Norveçə 1:2 hesabı ilə uduzaraq mundialla vidalaşıb.

Oxşar xəbərlər

Məktəblilərin Respublika İdman Olimpiadasının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Sabah" Azərbaycan Kubokunun 2025/2026 mövsümünün qalibi olub - YENİLƏNİB-6
Azərbaycan millisi "FIFA Series - 2026" turnirinin qalibi olub - YENİLƏNİB-6
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər