UEFA Rusiyanın beynəlxalq yarışlara qayıtmasını bloklaya bilər
Far.Az xəbər saytı

UEFA Rusiyanın beynəlxalq yarışlara qayıtmasını bloklaya bilər


Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Rusiya komandalarına müxtəlif idman tədbirlərində iştirak etməyə icazə verməsinə baxmayaraq, Avropa Futbol Federasiyaları Assosiasiyası (UEFA) bu ölkənin milli komandasının beynəlxalq yarışlara qayıtmasına mane ola bilər.

"Report"un məlumatına görə, bu barədə "The Guardian" Avropanın bir neçə ölkəsinin futbol assosiasiyalarındakı mənbələrə istinadən yazıb.

"Rusiyanın Avropa futboluna və nəticə etibarilə Dünya Kubokuna geri qayıtması üçün real perspektiv yoxdur, çünki bu, FİFA turniri olsa da, Avropa ölkələri üçün seçmə mərhələ UEFA tərəfindən idarə olunur", - nəşr qeyd edir.

Nəşrin məlumatına görə, Avropanın bir çox assosiasiyaları, xüsusən İngiltərə, Almaniya və Fransa assosiasiyaları Rusiya idmançılarının qayıtmasına qarşı çıxırlar.

"The Guardian" xatırlayır ki, UEFA prezidenti Aleksandr Çeferin 2027-ci ildə yenidən seçkilərə qatılmaq niyyətindədir və bu da onun potensial seçicilərinin istəklərinə qarşı çıxmasını ehtimal etmir.

Xatırladaq ki, BOK Rusiya Olimpiya Komitəsinin (ROK) təşkilatdakı üzvlüyünü müvəqqəti bərpa etmək qərarına gəlib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Prezident İlham Əliyev Yevlax Olimpiya İdman Kompleksinin açılışında iştirak edib
MOK-da "Milli İdman Federasiyaları üçün Təhlükəsiz İdman Proqramı" keçirilib
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər