ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarmaq prosesinə başlayıb
Far.Az xəbər saytı

ABŞ Suriyanı terrorçuluğun sponsorları siyahısından çıxarmaq prosesinə başlayıb


ABŞ Suriyanı terrorizma sponsorluq edən ölkələr siyahısından çıxarmaq prosesinə başlayıb.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubionun yazılı bəyanatında deyilir.

Onun sözlərinə görə, Vaşinqton administrasyasının rəhbəri Donald Tramp daha əvvəl Konqresə Suriyanı siyahıdan çıxarmaq niyyəti barədə məlumat verib. Bu, ABŞ qanunvericiləri tərəfindən administrasiyanın təqdim etdiyi məlumatlara əsasən 45 günlük araşdırmanın yekunlarına əsasən baş verməlidir. Onlar belə bir addım üçün əsasın kifayət olub-olmadığını qiymətləndirəcəklər.

Rubio vurğulayıb ki, Suriyaya qarşı sanksiyaların ləğvi beynəlxalq ticarət və investisiya üçün imkanlar açacaq.

Tramp daha əvvəl Ankarada keçirilən NATO sammiti çərçivəsində Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşündə bu niyyətini açıqlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər