Dünya Bankı: Azərbaycanın iqtisadi artımı getdikcə daha çox qeyri-neft sektoru ilə bağlı olacaq
Far.Az xəbər saytı

Dünya Bankı: Azərbaycanın iqtisadi artımı getdikcə daha çox qeyri-neft sektoru ilə bağlı olacaq


Azərbaycanın uzunmüddətli iqtisadi artımı və yeni iş yerlərinin yaradılması getdikcə daha çox qeyri-neft sektorunun, xüsusilə də turizmin inkişafı ilə bağlı olacaq.

"Report" xəbər verir ki, bunu Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Rolande Prays Bakıda keçirilən "İqtisadi Artımı və Diversifikasiyanı Təmin Etmək üçün Azərbaycanın Turizm Potensialının Açılması" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, ölkə son illərdə güclü makroiqtisadi idarəetmə, möhkəm fiskal ehtiyatlar və düşünülmüş dövlət siyasəti sayəsində xarici iqtisadi şoklara qarşı dayanıqlılığını qoruyub: "Karbohidrogen hasilatının tədricən azalması fonunda davamlı iqtisadi artımın təmin edilməsi və yüksək keyfiyyətli məşğulluğun yaradılması üçün qeyri-neft sektorunun rolu artacaq. Bu baxımdan, turizm iqtisadi artımın sürətləndirilməsi və iqtisadiyyatın şaxələndirilməsi üçün ən böyük potensiala malik sahələrdən biri kimi qiymətləndirilir. 2025-ci ildə Azərbaycanda iqtisadi artım neft hasilatının azalmasının davam etməsi və qeyri-neft sektorunda artım tempinin zəifləməsi səbəbindən 1,4 % təşkil edib".

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər