Ağalıda növbəti əmək yarmarkası keçirilib, 80 vakansiya təqdim edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Zəngilan rayonunun Ağalı kəndində növbəti əmək yarmarkası keçirib.
Bu barədə "Report"a nazirlikdən məlumat verilib.
Bildirilib ki, aktiv məşğulluq tədbirində dövlət və özəl sektora aid 18 müəssisə tərəfindən hüquqşünas, mühəndis, mexanik, elektrik qaz qaynaqçısı, çilingər-santexnik, kənd təsərrüfatı texnikaları üzrə mütəxəssis, satıcı-kassir, informasiya texnologiyaları üzrə mütəxəssis, satınalma üzrə mütəxəssis, qaz paylayıcı stansiyanın operatoru, aşpaz, bağban, gözətçi, traktorçu, anbardar, sürücü və s. peşə istiqamətləri üzrə 80-dən çox vakansiya təqdim edilib.
Yarmarkaya qatılan vətəndaşlara vakansiyalar və iş öhdəlikləri haqqında məlumat verilib. Müraciət edən şəxslərin CV-ləri qəbul edilərək nəzərdən keçirilib, uyğun namizədlərin qeydiyyatı aparılıb.
İştirakçılara işğaldan azad olunmuş ərazilərdə icra olunan digər aktiv məşğulluq tədbirləri ilə bağlı məlumat verilib.
Oxşar xəbərlər
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb
-
"Al Arabiya" ABŞ və İran arasında mümkün razılaşmanın detallarını açıqlayıb
-
ABŞ ordusu Ukraynanın dron təcrübəsindən yararlanır













