Türkiyə ilə qardaşlıq, İsraillə tərəfdaşlıq: Azərbaycan dünyaya diplomatik manevr nümunəsi göstərir
"Azərbaycan xarici siyasətində milli maraqları, strateji tərəfdaşlıqları və regional sabitliyi əsas götürən praqmatik diplomatik xətt yürüdür".
Far.Az xəbər verir ki, bu fikirləri Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
O bildirib ki, son dövrlərdə İsrail parlamentində yenidən gündəmə gətirilə biləcəyi iddia olunan "erməni soyqırımı" məsələsinin siyasi müstəvidə irəliləməməsi də bu diplomatik yanaşmanın diqqətçəkən nəticələrindən biri kimi qiymətləndirilə bilər:
"Rəsmi Bakı hər zaman qardaş Türkiyənin haqlı mövqeyini dəstəklədiyini açıq şəkildə nümayiş etdirib. Azərbaycan və Türkiyə arasındakı münasibətlər təkcə strateji tərəfdaşlıq deyil, ortaq tarixə, mədəniyyətə və qarşılıqlı etimada söykənən qardaşlıq münasibətləridir. Bu prinsip Azərbaycanın beynəlxalq platformalarda sərgilədiyi mövqedə də ardıcıl şəkildə öz əksini tapır. Hər iki ölkə dünyaya qardaşlıq nümunəsini göstərir. Eyni zamanda, Azərbaycanın İsraillə uzun illər ərzində formalaşdırdığı qarşılıqlı hörmətə və etimada əsaslanan strateji münasibətlər də ölkənin xarici siyasətinin mühüm istiqamətlərindən biridir. Enerji, təhlükəsizlik, kənd təsərrüfatı, yüksək texnologiyalar və digər sahələrdə inkişaf edən əməkdaşlıq iki ölkə arasında davamlı siyasi dialoqun formalaşmasına şərait yaradıb".
Deputat əlavə edib ki, bu konstruktiv kommunikasiya kanalları sayəsində həssas siyasi məsələlərin emosional qarşıdurmaya çevrilməsinin qarşısı alınır, fikir ayrılıqları isə dialoq müstəvisində idarə olunur:
"Bu baxımdan, "erməni soyqırımı" məsələsinin İsrail siyasi gündəmində ön plana çıxmaması Azərbaycanın yürütdüyü uzaqgörən və balanslı diplomatiyanın uğurlu elementlərindən biri kimi dəyərləndirilə bilər. Azərbaycanın xarici siyasətinin əsas üstünlüyü müxtəlif strateji tərəfdaşlarla münasibətləri qarşıdurma deyil, qarşılıqlı maraqlar və etimad üzərində qurmağı bacarmasıdır. Məhz bu yanaşma ölkəyə həm Türkiyə ilə sarsılmaz qardaşlıq münasibətlərini qorumağa, həm də İsraillə strateji əməkdaşlığı inkişaf etdirməyə imkan verir. Müasir beynəlxalq münasibətlər sistemində uğurlu diplomatiya emosional bəyanatlardan deyil, nəticə verən siyasi dialoqdan ölçülür. Azərbaycanın son illərdə nümayiş etdirdiyi balanslı və prinsipial xarici siyasət də göstərir ki, milli maraqların qorunması, müttəfiqlərlə həmrəylik və tərəfdaşlarla sağlam kommunikasiya bir-birini istisna edən deyil, əksinə, tamamlayan amillərdir".
Oxşar xəbərlər
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
ABŞ zərbələrindən sonra Tehran-Məşhəd dəmir yolu üzrə hərəkət dayandı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
DÇ-2026: 1/4 final mərhələsinə Fransa - Mərakeş oyunu ilə start verilir
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək













