Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm
Far.Az xəbər saytı

Volodimir Zelenski: Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istəyirəm


Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan və Türkiyəyə bir daha təşəkkür etmək istədiyini bildirib.

Far.Az xəbər verir ki, Ukrayna Prezidenti jurnalistlərlə onlayn formatda təmasında "Report"un Şərqi Avropa bürosunun sualını cavablandırarkən NATO sammitində Azərbaycan və Türkiyəyə əməkdaşlığa görə təşəkkür etdiyini xatırladaraq, bunu təkrar etmək istədiyini qeyd edib.

"Azərbaycana təşəkkür etmək istərdim. Türkiyəyə də təşəkkür etmək istərdim. Biz həqiqətən müdafiə sferasında da işləməyə başlamışıq. Gəlin, mümkünsə, detallara varmayaq. Amma hər iki ölkə (Azərbaycan-Türkiyə - red.) ilə əməkdaşlıqda kifayət qədər sürətlə irəliləyirik. Liderlərə və ölkələrə dərin təşəkkür edirəm" – o deyib.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Yaxın Şərq Sülh Sammitində iştirak edib
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər