Livan prezidenti və ordu komandanı ölkənin cənubuna qoşunların yerləşdirilməsini müzakirə ediblər
Livan Prezidenti Jozef Aun və Livan ordusunun komandanı Rodolf Haykal çərçivə sazişi əsasnamələrinin icrası çərçivəsində ölkənin cənubunda hərbi bölmələrin yerləşdirilməsinə hazırlığı müzakirə ediblər.
"Report" xəbər verir ki, bu barədə Livan Prezidenti Administrasiyası "X" sosial şəbəkəsində məlumat yayıb.
Görüş zamanı tərəflər həmçinin bir sıra yaşayış məntəqələrinə endirilən davamlı İsrail zərbələri fonunda cənub bölgələrinə xüsusi diqqət ayıraraq, Livandakı təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər.
"Tərəflər həmçinin İsrail qoşunlarının çıxarılması ilə eyni vaxtda Livan ordusunun yerləşdirilməli olduğu müəyyən pilot rayonlarında çərçivə sazişi əsasnamələrinin həyata keçirilməsinə hazırlığı nəzərdən keçiriblər. Bundan əlavə, görüş zamanı ordunun Livan ərazisində yerinə yetirdiyi tapşırıqlar, eləcə də silahlı qüvvələrin vəziyyəti və onların şəxsi heyətinin ehtiyacları müzakirə olunub", - məlumatda bildirilib.
Oxşar xəbərlər
Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
Global Media Group BMT-nin Qlobal Sazişi ilə birgə "Dayanıqlı yaşayış mühitinin dili" mövzusunda media sessiyası təşkil edib
İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci iclasında iştirak edib
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Ələt yolunda ağır qəza: Yük maşını əvvəlcə dəmirə, sonra "Mitsubishi"yə çırpıldı
-
Bakı aeroportu altı ayda 3,334 milyon sərnişinə xidmət göstərib
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
AQTA bu meyvə şirələrində uyğunsuzluqlar aşkarladı
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Süni intellekt üçün internet Bakcelldən













