Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib
Far.Az xəbər saytı

Beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər edib


Şuşada iyulun 6-da baş tutan "Mədəni və etnik müxtəliflik: tarixin dərsləri, müasir çağırışlar" adlı beynəlxalq konfrans iştirakçıları Qarabağın müxtəlif bölgələrinə səfər ediblər.

"Far.Az" xəbər verir ki, konfransa Azərbaycan, ABŞ, Fransa, Litva, Polşa, Çexiya, Almaniya, İsrail, Türkiyə və Gürcüstandan olmaqla 10 ölkənin vətəndaş cəmiyyəti nümayəndələri qatılıb.

Belə ki, iyulun 5-də onlar Xocalı Soyqırımı Memorial Kompleksini ziyarət edib, daha sonra Laçına gedərək işğal dövründə törədilən dağıntılarla tanış olub, həmçinin şəhərdə aparılan bərpa və yenidənqurma işlərini izləyiblər. İyulun 6-da isə konfrans iştirakçıları Xankəndi şəhərində Zəfər parkını ziyarət ediblər.

Qeyd edək ki, konfrans çərçivəsində "Müstəmləkəçiliyin müasir formaları: xalqlara faciə, köləlik və iztirab gətirən hərəkətlər" mövzusunda panel müzakirə təşkil olunub. Paneldə müxtəlif xalqların nümayəndələri öz xalqlarının tarixi, milli kimliyi, üzləşdikləri problemlər və gələcəklə bağlı gözləntiləri barədə çıxış ediblər.

Oxşar xəbərlər

Azərbaycanın və BƏƏ prezidentləri Əbu-Dabidə "Sülh Qalxanı – 2026" birgə əməliyyat-taktiki təlimini izləyiblər
Prezident İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
Bakıda Zəfər muzeyinin açılışı olub
Leyla Əliyeva və Alyona Əliyeva Müstəqillik Gününə həsr olunmuş konserti izləyiblər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər