Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik I oxunuşda qəbul olunub
Far.Az xəbər saytı

Azərbaycanda enerji effektivliyi haqqında qanunda dəyişiklik I oxunuşda qəbul olunub


Azərbaycanda "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" qanunda dəyişiklik edilməsi I oxunuşda təsdiq edilib.

"Report" xəbər verir ki, müvafiq qanun layihəsi sözügedən qanunun 4-1-ci maddəsində nəzərdə tutulan Enerji Effektivliyi İnformasiya Sisteminin tətbiqinin və saxlanılmasının, altsistemlərinin yaradılmasının, habelə Qanunun 18-ci maddəsində nəzərdə tutulan müvafiq sahədə informasiya təminatı və maairfləndirmə tədbirlərinin həyata keçirilməsinin, həmçinin Enerji Effektivliyi Fondun fəaliyyəti ilə bağlı əməliyyatların uçotunun aparılması məqsədilə proqram təminatının əldə edilməsinin Fondun vəsaiti hesabına maliyyələşdirilməsi məqsədilə hazırlanıb.

Bununla da qeyd olunan tədbirlərin həyata keçirilməsi üçün tələb olunan maliyyə Fondun vəsaiti hesabına təmin ediləcək.

Qanun layihəsi enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib.

"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" Nazirlər Kabinetinin 9 iyun 2026-cı il tarixli qərarı ilə təsdiqlənib, hazırda Enerji Effektivliyi İnformasiya Sistemi üzrə texniki və institusional işlər tamamlanaraq məlumatların toplanması və sistemə daxil edilməsi prosesi mərhələli şəkildə həyata keçirilir.

Oxşar xəbərlər

“Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi” təsdiq edilib
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
İlham Əliyevin sədrliyi ilə Bakı və Abşeronda su təchizatına dair Dövlət Proqramına həsr olunan müşavirə keçirilib - YENİLƏNİB
Enerji effektivliyi fondunun hesabına maliyyələşdiriləcək tədbirlər müəyyənləşir
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının yaradılmasının 33 illiyi qeyd olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər