Süni intellekt üçün internet Bakcelldən
Bakcell süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir.
Yeni kampaniya çərçivəsində ChatGPT, Claude, DeepSeek və Perplexity kimi aparıcı süni intellekt platformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.
Bakcell istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsal tapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.
Xidmət bütün Bakcell abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir.
Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq. Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir.
Bakcell innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.
Bakcell haqqında
Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir.
Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.
Oxşar xəbərlər
Süni intellekt üçün internet "Bakcell"dən
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Tanınmış kardioloqlar, kardio-onkoloqlar, eləcə də süni intellekt və robot texnologiyaları üzrə mütəxəssislər bir arada
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakı-Sumqayıt yolu ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
-
Suraxanıda 11 kiloqram narkotik aşkarlanıb
-
Tərtərdə evə gec gələn kişi arvadını döyüb xəstəxanalıq etdi
-
Quba sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,7 milyon manat vəsait ayrılır
-
Azərbaycanlı aparıcı ailə qurdu
-
Paşinyan Ermənistanda sülh prosesi ilə bağlı "bədbin əhval-ruhiyyə"nin qidalandırıldığını etiraf edib













