Xocalı və Ağdərədə 34 ildən sonra sakinlər taxıl biçini aparır
İşğaldan azad edilmiş Xocalı və Ağdərə rayonlarında ilk dəfə pay torpaqlarında əkilən taxıl sahələrindən bol məhsul əldə olunub.
Bu barədə "Far.Az"a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, ümumilikdə Xocalı və Ağdərə rayonlarında min hektardan artıq ərazidə taxıl əkilib. Əldə olunan bol məhsul torpaqların yüksək münbitliyini, tətbiq olunan aqrotexniki tədbirlərin səmərəliliyini və dövlət dəstəyinin effektivliyini bir daha təsdiqləyib.
Xocalı rayonunun Ballıca kəndində həyata keçirilən "Torpaqların icarəsi" layihəsi çərçivəsində sakinlərin fəallığı xüsusi diqqət çəkir. Layihəyə 162 nəfər müraciət edib, onlardan 132-si təlim və imtahan mərhələsini uğurla başa vuraraq sertifikat əldə edib. Sertifikat alan 89 nəfərə ümumilikdə 1 234,69 hektar torpaq sahəsi uzunmüddətli icarəyə verilib. Layihə çərçivəsində ailələrə orta hesabla 1,5 hektar torpaq sahəsi ayrılıb.
Kənd təsərrüfatının səmərəli təşkili məqsədilə Ballıca kəndində 9 kənd təsərrüfatı kooperativi yaradılıb. Bu kooperativlərdə 72 üzv birləşərək, 1052,01 hektar torpaq sahəsində fəaliyyət göstərir. Bununla yanaşı, kənddə 12 ailə Kəndli Fermer Təsərrüfatı yaradılıb. Bu təsərrüfatlarda 42 üzv fəaliyyət göstərir və onların istifadəsinə ümumilikdə 152,68 hektar torpaq sahəsi verilib.
Qeyd edək ki, ilk əkin mövsümündə əldə olunan nəticələr, Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına dönən sakinlərin məşğulluğunun təmin edilməsinə, kənd təsərrüfatının bərpasına,bölgənin iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfə verir, gələcək illərdə Xocalı və Ağdərənin ölkənin əsas taxılçılıq bölgələrindən birinə çevrilməsi üçün əlverişli zəmin yaradır.
Oxşar xəbərlər
Xocalının Təzəbinə kəndində ailələrə evlərinin açarları təqdim olunub
İlham Əliyev Ağdərədə Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb
Prezident İlham Əliyev Xankəndi şəhərində Zəfər parkının açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xankəndi, Xocalı və Ağdərə məktəblərində "Son zəng" çalınıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













