Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi
Far.Az xəbər saytı

Bakıda bəzi avtobus marşrutlarının hərəkət sxemi dəyişdirildi


Bakının bəzi küçələrində aparılan təmir işləri ilə əlaqədar bir sıra müntəzəm avtobus marşrutlarının hərəkət sxemində müvəqqəti dəyişiklik edilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, Səməd Vurğun küçəsinin Füzuli küçəsi ilə kəsişməsindən Abbasqulu ağa Bakıxanov küçəsi ilə kəsişməsinədək, həmçinin Nazim Hikmət küçəsinin Mətbuat prospekti ilə kəsişməsindən Abbas Mirzə Şərifzadə küçəsi ilə kəsişməsinədək olan hissələrdə aparılan təmir işləri səbəbindən nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.

Məhdudiyyətlə əlaqədar iyulun 10-12-də 61 və 88A nömrəli müntəzəm marşrutların hərəkəti Rəşid Behbudov, Abbasqulu ağa Bakıxanov və Səməd Vurğun küçələri ilə təşkil ediləcək.

Eyni zamanda, 10, 14 və 18 nömrəli müntəzəm marşrutlar isə Əbdürrəhim bəy Haqverdiyev, Şəfayət Mehdiyev, Akim Abbasov və Abbas Mirzə Şərifzadə küçələri istiqamətində hərəkət edəcəklər.

Bundan başqa, iyulun 11-12-də Sənan Abdullayev küçəsində (Baksol yolu) Ziya Bünyadov prospektindən Karvan yolu döngə 1-dək aparılacaq təmir işləri ilə əlaqədar 71 nömrəli müntəzəm marşrutun fəaliyyəti də müvəqqəti dəyişdiriləcək.

Belə ki, marşrut metronun "Azadlıq prospekti" stansiyasından Sənan Abdullayev küçəsi, giriş 141A ünvanınadək xidmət göstərəcək.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib
İlham Əliyev Səməd Vurğun adına Yaradıcılıq Evinin açılışında iştirak edib
Bakıda 7 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilir
Avtobusdan istifadə edənlərin NƏZƏRİNƏ! marşrutların hərəkət sxemi...
Bakıda 15 marşrut xəttinin fəaliyyəti dayandırılır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər