Cəlilabad və Biləsuvardan olan fermerlərə 10 min manatdan çox sığorta ödənişləri edilib
Aqrar Sığorta Fondu (ASF) Cəlilabad və Biləsuvarda əkin sahələrinə dəymiş zərər üzrə növbəti aqrar sığorta ödənişlərini həyata keçirib.
"Report" bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, Cəlilabaddan olan fermer Lətif Ağayev 9,26 hektar buğda sahəsini aqrar sığorta vasitəsilə çoxsaylı risklərdən sığortalayıb, bunun üçün 151 manat sığorta haqqı ödəyib. Ərazidə baş vermiş sel-subasma hadisəsi nəticəsində əkin sahəsinə ciddi zərər dəyib. Nəticədə fermerə azadolma məbləği çıxılmaqla 8 598 manat məbləğində sığorta ödənişi edilib.
Sığorta ödənişi edilən digər sahibkar Biləsuvarın Yuxarı Ağalı kəndindən olan fermer Etibar Əcəmov olub. Fermer 20 hektar buğda sahəsini ASF-də sığortalayaraq 141 manat sığorta haqqı ödəyib. Əraziyə vəhşi heyvanların hücum etməsi nəticəsində əkin sahəsinin bir hissəsinə zərər dəyib. Nəticədə ASF tərəfindən fermerə 1 802 manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Ödəniş alan fermerlər aqrar sığorta mexanizminin fəaliyyətindən razılıqlarını bildirib, digər fermer həmkarlarını da bu imkandan istifadə edərək təsərrüfatlarını sığortalamağa çağırıblar.
Aqrar sığorta vasitəsilə əkin sahələrini dolu, fırtına, qasırğa, yanğın, o cümlədən ildırım vurması nəticəsində baş verən yanğın, sel-subasma, torpaq sürüşməsi, vəhşi heyvanların hücumu, 3-cü şəxslərin hərəkəti və sair risklərdən sığortalamaq mümkündür. Sığorta haqqının yarısı dövlət tərəfindən ödənildiyinə görə, fermerlər, cüzi ödəniş etməklə təsərrüfatlarını böyük məbləğə sığortalaya bilərlər.
Oxşar xəbərlər
Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinlərinə mənzillərin açarları təqdim edilib
Heydər Əliyev Mərkəzində "Vəhşi təbiətin super qəhrəmanları" sərgisi açılıb
Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib
FHN tərəfindən "Yaz-yay fəsillərində sel təhlükəsi" mövzusunda növbəti tədbirlər keçirilib
Ağalı və Məmmədbəyli kəndlərində Novruz festivalı və sərgi-satış yarmarkası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Axios": Livan və İsrail Romada qapalı müzakirə keçirəcək
-
Zelenski: Yaxın günlərdə Ukrayna ABŞ-dən zenit raketləri alacaq
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
Paytaxt sakininə 26 min manat cərimə yazılıb? - "Hakim də sübut istədi, məhkəməyə gəlmədilər"













