Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar
Far.Az xəbər saytı

Sürücülər üçün "parkur": Bakıda bina inşa edib, yola pilləkən saldılar


Bakının Yasamal rayonunda uzun müddət istifadə edilən avtomobil yolu bağlanıb.

Far.Az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Akim Abbasov və Kamal Rəhimov küçələrinin kəsişməsində baş verib.

Uzun müddət avtomobillərin hərəkəti üçün nəzərdə tutulan yolun yaxınlığında çoxmərtəbəli yaşayış binası inşa ediləndən sonra onun çıxış hissəsi bağlanılaraq yerində pilləkənlər quraşdırılıb. Nəticədə ərazidən xəbərsiz olan sürücülər həmin pilləkənləri yol bilib hərəkət edir və qəzaya düşürlər.

Sakinlər bildirirlər ki, həmin pilləkənlərdə ona yaxın qəza olub. Son bir həftədə isə həmin pilləkəndən iki avtomobil aşıb. Sakinlər məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət etsələr də, problemin aradan qaldırılması ilə bağlı heç bir iş görülmür.

Şikayətlə əlaqədar hazırlanan reportajı təqdim edirik:

Oxşar xəbərlər

Bakıdakı pilləkənlər nə qədər rahatdır? - Ekspertdən AÇIQLAMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Xətai rayonunda Heydər Əliyev Fondu tərəfindən yeni məktəb binası istifadəyə verilib
Yasamalda bina təhlükə altındadır: Sakinlər ölüm qorxusu ilə yaşayırlar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər