Bakıdakı pilləkənlər nə qədər rahatdır? - Ekspertdən AÇIQLAMA
Şəhər mühitində pilləkənlər sadəcə iki səviyyəni birləşdirən memarlıq elementi deyil. Onlar həm də insanların gündəlik hərəkətinin rahatlığını, təhlükəsizliyini və şəhərin inklüzivliyini müəyyən edən vacib infrastrukturlardan biridir.
Düzgün layihələndirilməyən pilləkənlər isə xüsusilə yaşlı insanlar, uşaqlar və azmobilliyi olan şəxslər üçün ciddi çətinliklər yarada bilər.
Bu səbəbdən müasir şəhərsalma yanaşmasında pilləkənlərin hündürlüyü, meyilliyi və istifadə rahatlığı xüsusi diqqətlə planlaşdırılır.
BAKU.WS-in məlumatına görə, mövzu ilə bağlı açıqlama verən nəqliyyat üzrə Rauf Ağamirzəyev bildirib ki, açıq hava qaldırıcı konstruksiyaları üçün beynəlxalq təcrübədə müəyyən standartlar mövcuddur və bu göstəricilərə əməl olunması həm təhlükəsizlik, həm də rahatlıq baxımından vacibdir.
Onun sözlərinə görə, açıq hava pilləkənləri üçün ümumi qəbul edilmiş pillə hündürlüyü 15-17 sm hesab olunur:
"Pilləkənin rahatlığı yalnız pillənin hündürlüyündən deyil, eyni zamanda meyillik bucağından da asılıdır. Rahat və təhlükəsiz istifadə üçün pilləkənlərin meyilliyi adətən 30–35° civarında olur. Meyillik artdıqca isə pilləkənlə qalxmaq və enmək daha çətinləşir.
Tövsiyə olunan bu nisbətlərə əməl edilmədikdə pilləkən gündəlik istifadə üçün narahat, bəzi hallarda isə təhlükəli olur. Belə hallarda insanlar daha çox enerji sərf edir və yıxılma riski də artır".
Rauf Ağamirzəyev vurğulayıb ki, pilləkənlərin layihələndirilməsində azmobilliyi olan şəxslər də mütləq nəzərə alınmalıdır:
"Bu məqsədlə pilləkənlərdə tutacaqlar quraşdırılmalı, həmçinin müəyyən məsafədən sonra dayanıb dincəlmək üçün ara meydançalar təşkil edilməlidir. Bu yanaşma pilləkənlərin həm təhlükəsiz, həm də inklüziv istifadəsini təmin edir".
Qalereya
Orxan Hüseyn
Oxşar xəbərlər
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıdakı hərbi paraddan maraqlı FOTOLAR
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lənkəranda WUF13 Festivalı başlayıb
-
"Fars": İranın ABŞ-yə ötürdüyü yeni razılaşma mətni "aydın yol xəritəsi"ni ehtiva edir
-
Gəncə-Daşkəsən yolunda qəza baş verib, xəsarət alanlar var
-
Vaşinqtonla Tehran arasında münaqişə yenidən alovlana bilər - İran rəsmisi AÇIQLADI
-
İran ABŞ ilə sülh planını Pakistana təqdim edib
-
Culfada kanaldan qadın meyiti tapılıb













