Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb
Far.Az xəbər saytı

Rusiya Kramatorska 7 aviabomba atıb, 4 nəfər ölüb


Rusiyanın Donetsk vilayətinin Kramatorsk icmasına zərbələri nəticəsində azı 4 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

"Report" xəbər verir ki, bu barədə Donetsk vilayəti hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin teleqram kanalında bildirib.

Onun sözlərinə görə, ölənlər arasında 14 yaşlı yeniyetmə də var.

Filaşkin qeyd edib ki, bu gün gündüz saatlarında Rusiya qoşunları Kramatorsk və Belenkoyeyə yeddi aviabomba atıb. Onlardan biri çoxmərtəbəli yaşayış binasına, digəri mağazaya, qalanları isə fərdi yaşayış sektoruna düşüb.

"Zərbələrin endirildiyi yerlərdə məsul xidmətlər işləyir, zərərçəkənlər lazımi tibbi yardım alırlar", - o yazıb.

Oxşar xəbərlər

İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Leyla Əliyeva "Onlardan biri: Emil" adlı anım tədbirində iştirak edib
Şəhidlər xiyabanına xalq ziyarəti axşam saatlarında da davam edir
Prezident İlham Əliyev Xocalıda hərbi qulluqçular üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub
Ağdamda mağazaya ildırım düşdü, obyekt kül oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər