Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər
Far.Az xəbər saytı

Trampa qarşı sui-qəsd cəhdi olsa, İrana "minlərlə raket zərbəsi" endirilə bilər


ABŞ Prezidenti Donald Tramp bildirib ki, Tehran tərəfindən ona qarşı sui-qəsd cəhdi olsa, ABŞ İrana "minlərlə raket zərbəsi" endirəcək.

"Report" xəbər verir ki, bu barədə Ağ Evin rəhbəri "Truth Social" sosial şəbəkə hesabında yazıb.

"Min raket istifadəyə hazırdır və İran İslam Respublikasına tuşlanıb, əgər İran hökuməti dünyanın bir çox yerlərində səsləndirdiyi ABŞ-nin hazırkı Prezidentini, məni qətlə yetirmək və ya öldürməyə cəhd hədəsini yerinə yetirərsə, daha minlərlə raket dərhal onların ardınca gələcək", - Tramp bildirib.

Onun sözlərinə görə, artıq müvafiq əmrlər verilib və Amerika hərbçiləri "bir il ərzində İranın bütün bölgələrini tamamilə viran qoymağa və məhv etməyə" hazırdırlar.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Hədə, yoxsa şou? - Trampa ikinci sui-qəsd cəhdinin qaranlıq məqamları - ANALİZ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər