CNN: İran nüvə obyektlərini bərpa etməyə cəhd edir
İran öz nüvə obyektlərində infrastrukturun bərpası üzrə işlərə başlayıb.
"Report" xəbər verir ki, bu barədə ABŞ-nin CNN telekanalı peyk görüntülərinə istinadən məlumat yayıb.
"Görünür ki, İran öz nüvə obyektlərini bərpa etməyə cəhd göstərir... İyunun sonu, iyulun əvvəlində ölkənin bir sıra nüvə və raket meydançalarında yeni aktivlik qeydə alınıb", - materialda bildirilir.
CNN-in iddialarına görə, redaksiyanın sərəncamında olan peyk şəkilləri Parçin hərbi kompleksi ərazisindəki aktivliyə işarə edir. Orada ABŞ və İsrail tərəfindən endirilən zərbələrdən sonra aparılan bərpa işlərinin izlərinin qeydə alındığı ehtimal olunur.
"21 iyun tarixli fotolar göstərir ki, Kolanq dağında (Natanzdakı nüvə kompleksinin yaxınlığında - red.) nəqliyyat vasitələri tunellərə daxil olur və oranı tərk edir. Həmin vaxt ABŞ ilə anlaşma memorandumu hələ qüvvədə idi", - CNN vurğulayır.
Daha əvvəl, may ayında "New York Times" nəşri ABŞ xüsusi xidmət orqanlarının məlumatlarına əsaslanaraq bildirib ki, İran bütün ölkə ərazisindəki yeraltı raket anbarları və buraxılış qurğularının təxminən 90%-nə girişi bərpa edib və hazırda onlar qismən və ya tam işlək olaraq qiymətləndirilir.
Xatırladaq ki, ABŞ Silahlı Qüvvələri 8-9 iyul tarixlərində İran ərazisinə zərbələr endirib. Mərkəzi Komandanlıqdan bildirilib ki, bu addımlar İran tərəfinin Hörmüz boğazından keçən ticarət gəmilərinə hücumlarına cavab olaraq atılıb. İran silahlı qüvvələri Küveyt, Bəhreyn və İordaniyada yerləşən ABŞ bazalarına cavab zərbələri endirib. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp cümə axşamı atəşkəs rejiminin artıq qüvvədə olmadığını elan edib.
Oxşar xəbərlər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub - YENİLƏNİB
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlər və infrastrukturun bərpası işləri ilə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tahir Rzayev: "Balıqçılıq və akvakultura sektoru Azərbaycanın ixrac potensialının artırılmasında mühüm rol oynayır"
-
"Qarabağ" Kamilo Duranla vidalaşdı
-
4-cü Şuşa Qlobal Media Forumu keçiriləcək
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Azərbaycanda onlayn qumar oyunlarının keçirilməsinə görə cəzaların sərtləşdirilməsi son oxunuşda qəbul edilib













