İrpendə Azərbaycan xalça sənətinin nadir nümunələri nümayiş olunur
Ukraynanın İrpen şəhərində Azərbaycan xalçaçılığının aparıcı məktəblərinin eksponatlarından ibarət sərginin açılışı olub.
"Far.Az"un Şərqi Avropa bürosunun məlumatına görə, sərgi İrpen şəhər Meriyasının və Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı, Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə İrpenin Tarix və Diyarşünaslıq Muzeyində keçirilir.
Seymur Abuşovun şəxsi kolleksiyasından ibarət "Azərbaycan xalçasının sehrliliyi" adlı sərgisinin açılış mərasimində diplomatlar, yerli deputatlar, diaspor fəalları iştirak ediblər.
İrpen Şəhər Şurasının icraedici meri Anjela Makeyeva çıxış edərək bu cür tədbirlərin Azərbaycan və Ukrayna xalqları arasında mədəniyyətlərarası dialoqun inkişafına, iki ölkə arasında əməkdaşlığın möhkəmləndirilməsinə töhfə verdiyini vurğulayıb.
"Bu gün İrpen şəhəri üçün çox vacib bir tədbirdir, çünki bu, sadəcə Azərbaycan mədəniyyəti və tarixinin sərgisi deyil. Bu, bizim danışmalı, nəsillərimizə, övladlarımıza ötürməli olduğumuz mühüm hadisədir. Azərbaycan illərdir İrpen və ölkəmiz üçün təkcə bərpa və dəstək baxımından kömək etmir, həm də mədəni, tarixi məsələlərdə qardaş və dost olduğunu nümayiş etdirir", - Anjela Makeyeva əlavə edib.
Tədbirdə çıxış edən Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev bildirib ki, bu sərgi Azərbaycan və Ukrayna arasında möhkəm dostluğun, qarşılıqlı dəstəyin, anlaşmanın və sülhə, inkişafa, rifaha ortaq sadiqliyin daha bir simvoludur.
Səfir vurğulayıb ki, Azərbaycan xalçası kökləri Tunc dövrünə gedib çıxan, canlı rənglər, naxışlar və simvollarla təcəssüm olunan millətin canlı tarixidir:
"Öz unikallığına görə Azərbaycan xalça sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsinin Reprezentativ Siyahısına daxil edilib. Bu əlamətdar sərginin yenilməzlik, cəsarət və dirçəliş şəhəri olan İrpendə keçirilməsi təsadüfi deyil. Bu gün İrpen insan ruhunun gücünü nümayiş etdirir və burada keçirilən mədəni tədbirlər sənətin və yaradıcılığın məhv üzərində qələbə qazanma gücünə dəlalət edir".
Daha sonra çıxış edən Krım Tatar Xalq Məclisinin sədri Refat Çubarov, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, sərginin müəllifi Seymur Abuşov Azərbaycan xalçaçılığının tarixindən, bu cür sərgilərin mədəniyyətlər arasında dialoqun yaradılmasına töhfəsindən danışıblar.
Tədbirin sonunda diaspor fəalları - Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev, konqresin aparatının rəhbəri Xəyyam Dünyamalızadə, sərginin müəllifi Seymur Abuşov mədəniyyətlərarası dialoqun inkişafına verdikləri töhfələrə görə İrpen Şəhər Şurası tərəfindən "Təşəkkürnamə" ilə təltif olunublar.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Leyla Əliyeva və Arzu Əliyeva Qaxda Axar-Baxar Milli Parkının açılış mərasimində iştirak ediblər
Azərbaycan Milli Xalça Muzeyində "Zamanın naxışları" moda nümayişi təşkil olunub
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Hər addımda ölüm riski: Atası şəhid oldu, oğlu yolunu davam etdirir...
-
Qaxda vətəndaş qəbulu keçirilib













