İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb
İsmayıllıda torpaq sürüşməsi olub, üç ailənin yaşadığı ev yararsız vəziyyətə düşüb.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Bizlan kəndində qeydə alınıb.
Belə ki, təbii hadisə nəticəsində Xasiyev Müslüm Məhərrəm oğluna məxsus ikimərtəbəli yaşayış evi ciddi zərər görüb. Evin bir hissəsi çöküb və yararsız vəziyyətə düşüb.
Hadisə yerində aidiyyəti qurumlar tərəfindən ilkin araşdırmalar aparılıb. Məlumata görə, evdə üç ailə yaşayır.
Məslə ilə bağlı İsmayıllı Rayon İcra Hakimiyyətindən bildirilib ki, iyulun 10-da baş vermiş hadisə ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyası tərəfindən operativ araşdırma aparılıb, müvafiq məlumatlar hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilib.
Qeyd olunub ki, hadisə barədə Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatlandırılıb. Yaxın günlərdə yaradılacaq xüsusi komissiya əraziyə baxış keçirəcək, sürüşmənin miqyası və dəymiş ziyanın həcmi müəyyənləşdirilərək müvafiq qərar qəbul olunacaq.
Rayon İcra Hakimiyyəti bildirir ki, məsələ nəzarətdə saxlanılır və nəticələrin aradan qaldırılması istiqamətində zəruri tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Balıkesirdəki zəlzələ zamanı 25 bina zərər görüb
BDU-da şəhid jurnalist Məhərrəm İbrahimova həsr olunmuş kitabın təqdimatı keçirilib
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub
Xocalı şəhərində "Qarabağ Tekstil Evi" MMC istifadəyə verilib
Alla Puqaçova ilə 11 il yaşadığı evi 240 milyona satır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycan və Ukrayna Fəaliyyət Planını qəbul edib
-
Anar Axundov: Azərbaycanda özəl sektorun investisiya fəallığı yüksəlir
-
Lu Mey: Çin Azərbaycanın hakim partiyası ilə əlaqələri gücləndirmək niyyətindədir
-
AZAL gələcəyin texniki mütəxəssislərini yetişdirir
-
Pərvanə Vəliyeva: Hemofiliya üçün Əvəzedici Faktor Preparatlarının regionlara çatdırılması təşkil edilməyib
-
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib













