Əbdürrəhman Vone: Azərbaycan köləliyin bəşəriyyətə qarşı cinayət kimi tanınmasına mühüm töhfə verib
Far.Az xəbər saytı

Əbdürrəhman Vone: Azərbaycan köləliyin bəşəriyyətə qarşı cinayət kimi tanınmasına mühüm töhfə verib


Seneqallı jurnalist və kommunikasiya üzrə mütəxəssis Əbdürrəhman Vone tarixi ədalətsizliklə mübarizəyə yönəlmiş təşəbbüslərin dəstəklənməsinə görə Azərbaycana minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, qonaq Bakıda keçirilən "Media və dekolonizasiya: yüksələn səslər, güclənən narrativlər" beynəlxalq konfransındakı çıxışında təşkilatçılara təşəkkürünü bildirərək, müxtəlif ölkələrin nümayəndələrinin tarixi yaddaş, insan hüquqları və xalqların ədalətli şəkildə təmsil olunmasına dair məsələlərin müzakirə edə biləcəyi platformaların yaradılmasının vacibliyini qeyd edib.

Ə.Vone BMT-də köləliyə qarşı bəyannamənin, eləcə də təzminat məsələlərinə dair sənədin qəbul edildiyi 2026-cı il 25 mart hadisələrinin xüsusi əhəmiyyətini vurğulayıb: "Bu, Afrika xalqlarının əsl qələbəsi oldu. Biz köləliyi bəşəriyyətə qarşı cinayət kimi tanıyan dövlətlər sırasında çıxış edən Azərbaycana dərindən minnətdarıq".

O qeyd edib ki, konfrans ictimai təsəvvürlərin formalaşmasında medianın rolunun yenidən dərk edilməsinə həsr olunub: "Dekolonizasiya yalnız təsisatlar və ya sərhədlərlə məhdudlaşmır. O, həmçinin biliklərin yaradıldığı və yayıldığı məkanları da əhatə edir".

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər