"Kredit Evi" maliyyə vəziyyətini açıqlayıb
Azərbaycanda lombard və lizinq fəaliyyəti ilə məşğul olan "Kredit Evi" ASC 2025-ci ili 4,844 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" "Baker Tilly Audit Azərbaycan" QSC tərəfindən audit yoxlamasından keçmiş maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 67,5 % çoxdur.
Ötən il "Kredit Evi"nin vergiyəqədərki mənfəəti 6,084 milyon manat (əvvəlki ilə nisbətən 66,5 % çox), mənfəət vergisi ödəmələri isə 1,24 milyon manat (+62,5 %) təşkil edib.
Bu il yanvarın 1-nə "Kredit Evi"nin aktivləri 60,089 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 32,1 % çoxdur. Bunun 52,588 milyon manatı müştərilərə verilmiş kreditlərdir. Ötən il şirkətin lombard və lizinq portfeli 36,9 % böyüyüb.
Hesabat dövründə "Kredit Evi"nin öhdəlikləri 29,5 % artaraq 53,985 milyon manata, balans kapitalı isə 60,8 % artaraq 6,104 milyon manata çatıb.
Xatırladaq ki, "Kredit Evi" 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 404 min manatdır. ASC-nin səhmdarları hər biri 50 % payla Kazım Hüseynov və Səbuhi Əzizovdur. Sonuncu həm də "Merkuri" QSC bank olmayan kredit təşkilatının səhmlərinin 50 %-nə nəzarət edir.
Oxşar xəbərlər
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycanda auditin yeni missiyası: Etimad yaradan strateji tərəfdaşlıq modeli - ARAŞDIRMA
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
WUF13 yüksəksəviyyəli sessiyalar və rekord sayda iştirakçı ilə uğurla başa çatıb
Ali Məhkəmə lizinq ödənişləri ilə bağlı yaranan mübahisəyə aydınlıq gətirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Belçikanı mübarizədən kənarlaşdıran İspaniya yarımfinala yüksəlib - YENİLƏNİB-5
-
Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi çıxışlarla davam etdirilib
-
Milli Məclisin iyulun 13-də keçiriləcək iclasının gündəliyi açıqlanıb - YENİLƏNİB
-
Apple kommersiya sirri ilə bağlı OpenAI-yə qarşı iddia qaldırıb
-
Emin Ağalarovdan Kerem Bürsinə hədiyyə
-
Qaxda vətəndaş qəbulu keçirilib













