Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb
Far.Az xəbər saytı

Azərbaycan neftinin qiyməti 1 dollardan çox azalıb


Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,18 ABŞ dolları və ya 1,5 % azalaraq 77,91 ABŞ dolları təşkil edib.

Bu barədə "Report"a neft bazarındakı mənbə məlumat verib.

Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 74,2 ABŞ dolları təşkil edib.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,25 ABŞ dolları və ya 1,6 % azalaraq 75,06 ABŞ dolları təşkil edib.

Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.

Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda bu markadan olan neft "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 31,65 %-dir.

Oxşar xəbərlər

Vətən müharibəsinin başlamasından 4 il ötür
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
20 Sentyabr - Neftçilər Günü münasibətilə tədbir keçirilib
Azərbaycan neftinin qiyməti 10 %-ə yaxın azalıb
Azərbaycan nefti 20 dollardan çox ucuzlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər