Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"
Far.Az xəbər saytı

Argentina millisinin baş məşqçisi: "İsveçrə bizə ciddi çətinliklər yaratdı"


İsveçrə millisi Argentinaya çətinliklər yaradıb.

"Far.Az" xarici mediaya istinadən xəbər verir ki, bunu Cənubi Amerika təmsilçisinin baş məşqçisi Lionel Skaloni İsveçrə yığmasına qarşı DÇ-2026-nın 1/4 final mərhələsinin oyunundan sonra deyib. Mütəxəssis qələbə qazandıqları oyuna şərh verib:

"Əslində, bu gün çox əziyyət çəkdik. Bilirdik ki, rəqib fiziki cəhətdən çox güclü komandadır. Düşünürəm ki, onlar bizə ciddi çətinliklər yaratdılar. Bəzi vəziyyətlərdən çıxış yolu tapa bilmirdik.

Düzünü desəm, bu gün şans da bizim tərəfdə idi. Rəqibin bir futbolçusu qırmızı vərəqə aldı və bundan sonra komandamız hücumlarını daha da artırdı. Reallığı qəbul etməliyik, hələ üzərində işləməli olduğumuz məqamlar var. Amma istənilən halda, qələbə qazanmaq hər zaman yaxşıdır".

Qeyd edək ki, Argentina İsveçrə seçməsinə 3:1 hesabı ilə qalib gələrək yarımfinala adlayıb.

Oxşar xəbərlər

İlham Əliyev Cəbrayılın Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib
Hidayət Heydərov VI İslam Həmrəyliyi oyunlarında yarımfinala yüksəlib
DÇ-2026: Argentina Misir üzərində əzmkar qələbə qazanaraq 1/4 finala yüksəlib - YENİLƏNİB-8
Argentina millisinin baş məşqçisi Lionel Skaloni: "Artıq Messi barədə nə deyəcəyimi bilmirəm"
Lionel Skaloni: "Argentina millisi heç vaxt irəli getməkdən və mübarizədən vaz keçmir"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər