Sumqayıtda övladını öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşına cəza istənilib
Sumqayıtda azyaşlı övladını qəsdən öldürməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Ahmet Turan Yeşilə cəza istənilib.
“Far.Az”un yerli bürosunun məlumatına görə, oktyabrın 30-da Sumqayıt Ağır Cinayətlər Məhkəməsində hakim Rəşad Əliyevin sədrliyi ilə A.T.Yeşilin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Dövlət ittihamçısı onun 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Xatırladaq ki, bu il martın 31-də Sumqayıt şəhəri ərazisində dəniz sahilində uşaq meyitinin aşkar edilməsi barədə Bakı şəhər Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1984-cü il təvəllüdlü A.T.Yeşilin Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ərazisində azyaşlı övladını suda boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, A.T.Yeşil prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.
Oxşar xəbərlər
Bir sıra heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda ərinin bıçaqladığı qadın iki gün sonra ölüb, cinayət işi başlanılıb - YENİLƏNİB
Həyat yoldaşı və körpə qızını öldürməkdə təqsirləndirilən şəxsə ömürlük həbs cəzası verilib
Dostlarına zəng edib davaya çağırdı: Həbs edildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp İranla münaqişənin tezliklə başa çatacağını bildirsə də, yeni zərbələri istisna etməyib
-
KXDR Hərbi Dəniz Qüvvələrini yeni sürətli torpedalarla təchiz edəcək
-
Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir
-
Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib
-
Mərkəzi Bankın qərarı kredit faizlərinə necə təsir göstərəcək?
-
"Valensiya"nın ümumi borcu 592,8 milyon avroya çatıb













