"Sabah" TNS-lə səfər oyununda Britaniyadakı azərbaycanlıların dəstəyinə arxalanacaq
Far.Az xəbər saytı

"Sabah" TNS-lə səfər oyununda Britaniyadakı azərbaycanlıların dəstəyinə arxalanacaq


"Sabah"ı UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində TNS komandasına qarşı cavab oyununda Böyük Britaniyada yaşayan azərbaycanlıların dəstəkləyəcəyi gözlənilir.

Bu barədə "Far.Az"un sorğusuna cavab olaraq Azərbaycan təmsilçisinin mətbuat xidmətinin rəhbəri Elnur Həmidov bildirib.

O, komandanın dünən qarşılaşmanın keçiriləcəyi Osvestri şəhərinə çatdığını xatırladıb:

"Bu gün, yerli vaxtla saat 18:30-da matç öncəsi mətbuat konfransı, 19:00-da isə açıq məşq olacaq. Oyunda komandamızı Böyük Britaniyada yaşayan həmvətənlərimizin dəstəkləyəcəyi gözlənilir. Dəqiq say sabah bəlli olacaq".

Xatırladaq ki, "Sabah" - TNS matçı iyulun 14-də, Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. İlk görüşdə Azərbaycan çempionu 2 cavabsız qolla qalib gəlib.

Oxşar xəbərlər

UEFA Çempionlar Liqası: "Sabah" TNS komandasını məğlub edib - YENİLƏNİB-5
Ucuz qiymətə qızıl almaq istəyənləri SEVİNDİRƏCƏK XƏBƏR
Bankda olan mənzillər təcili satışa çıxarıldı - QİYMƏTLƏR
UEFA Çempionlar Liqası: "Sabah" TNS ilə oyunda hesabı açıb - YENİLƏNİR-3
Torpaq almaq istəyənlər üçün YENİ XƏBƏR - Siyahı açıqlandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər