Səhiyyə Nazirliyinin sabiq idarə rəisi məhkəmə zalında həbs olundu
Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin külli miqdarda mənimsəmədə təqsirləndirilən sabiq rəisi Mehdi Əmrahovun barəsindəki cinayət işi üzrə məhkəmə başlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Neymət Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.
Prosesdə Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin əməkdaşı zərərçəkənin nümayəndəsi qismində iştirak edib.
Qarşı tərəfin müdafiəçiləri vəsatət qaldıraraq təqsirləndirilənin barəsində seçilmiş həbslə olmayan qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəz olunmasını istəyiblər. Məhkəmə vəsatəti təmin edib, Mehdi Əmrahov məhkəmə zalında həbs olunub.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası iyulun 20-nə təyin edilib.
Qeyd edək ki, Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinin sabiq rəisi Mehdi Əmrahovla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində cinayət işi açılıb.
O, nazirliyin 600 min manatdan çox vəsaitini mənimsəməkdə təqsirləndirilir.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə və ya israf etmə, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.
Mehdi Əmrahov istintaqın gedişində ziyanın bir qismini ödəyib.
İstintaq dövründə yaşı və səhhəti nəzərə alınmaqla onun barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Hər kəs üçün təhsil: İnklüzivliyə dair ilk üçdilli kitab təqdim olundu
Ağır cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəməsi davam etdirilib - YENİLƏNİB
AHİİTA-nın idman zalında şərait yaxşılaşdırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Gəncədə zəhərlənənlərin vəziyyəti AÇIQLANDI
-
Moskva hava limanlarında 150-dən çox reys gecikdi və ya ləğv edildi
-
İlham Əliyevin iştirakı ilə IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilir
-
Vətəndaşa 26 min manat qaz borcu yazıldı: Məhkəmə qərarı icra olunmur
-
Dennis Yu: Azərbaycanın nə qədər böyük bir yol qət etməsi heyranedicidir
-
Prezident İlham Əliyev: Bizim üçün yeganə risk Azərbaycanı müəyyən avantüralara cəlb etmək cəhdləridir













