Səfir: Bakı və Riqa 2025-ci ildə Hökumətlərarası Komissiyanın iclasına hazırlaşır
Far.Az xəbər saytı

Səfir: Bakı və Riqa 2025-ci ildə Hökumətlərarası Komissiyanın iclasına hazırlaşır


Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 2025-ci ilin birinci yarısında Bakıda keçirilməsi ehtimal olunan növbəti iclasının təşkili üçün hazırlıq işləri aparır.

Bunu "Far.Az"a açıqlamasında Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya deyib.

“Hökumətlərarası Komissiya dövlətlərarası münasibətlərin, o cümlədən iqtisadi, nəqliyyat, logistika və biznes əlaqələrinin müzakirəsi üçün mühüm alətlərdən biridir”, - səfir bildirib.

O vurğulayıb ki, noyabrın 15-də Bakıda COP29 çərçivəsində Hökumətlərarası Komissiyanın həmsədrlərinin görüşünün keçirilməsi planlaşdırılır. “Latviyanın kənd təsərrüfatı naziri Bakıya gələcək və Azərbaycanın ekologiya və təbii sərvətlər naziri ilə görüş keçirəcək. Biz komissiyanın növbəti iclasının gələn ilin birinci yarısında baş tutması üzərində işləyirik. Yəqin ki, iclas Bakıda keçiriləcək”, – E.Skuya qeyd edib.

Diplomat əlavə edib ki, komissiya çərçivəsində bir çox məsələlərin müzakirəsi planlaşdırılır, ona görə də nazirlərin noyabr görüşü böyük önəm kəsb edir.

Qeyd edək ki, Hökumətlərarası Komissiyanın 8-ci iclası 2022-ci il mayın 20-də Riqada keçirilib. Komissiyanın Azərbaycan tərəfdən həmsədri ekologiya və təbii sərvətlər naziridir.

Oxşar xəbərlər

Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Prezident İlham Əliyev Cəbrayıl şəhərində inşa olunan yaşayış kompleksinin açılışında iştirak edib - YENİLƏNİB-2
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2
Daşkənddə Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclası keçirilib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər